Modern.az

Nazir generalın yerinə bu xanımı TƏYİN ETDİ

Nazir generalın yerinə bu xanımı TƏYİN ETDİ

Aktual

30 May 2025, 18:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.

 

Modern.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə Arzu Yusifova gətirilib.

 

Qeyd edək ki, ixtisasca qastroenteroloq-psixoloq həkim olan Arzu Yusifova bir ilə yaxındır, sözügedən xidmətdə həkim kimi fəaliyyət göstərir. O həmçinin bir sıra özəl və dövlət xətəxanalarında çalışıb. Arzu Yusifova fövqəladə hallar naziri ilə ailəvi yaxınlığı ilə tanınır.

 

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, xidmət rəisi əvəzi general-mayor Rəfail Mehdiyev ötən gün vəzifəsindən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə