Modern.az

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

21 İyun 2025, 19:44

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.

 

Modern.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Şəkiliyev barəsində Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.

 

Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.

 

Qərara əsasən Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilən Musa Şəkiliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya xarakterli cinayətlərdə ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə