Modern.az

Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Aktual

23 İyun 2025, 11:32

Azərbaycanın bəzi rayonlarında iyunun 23-ü saat 11:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava şəraiti davam edir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Naftalanda 18 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin 24-ü axşamadək davam edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə