Modern.az

Nardaranda dənizdə meyit tapıldı

Nardaranda dənizdə meyit tapıldı

Aktual

25 İyun 2025, 15:14

Nardaranda dənizdə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə