Modern.az

Özbəkistan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Özbəkistan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Aktual

3 İyul 2025, 12:20

Ölkəmizdə dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Modern.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat