Modern.az

Ağ Evdə UFC döyüşü keçiriləcək

Ağ Evdə UFC döyüşü keçiriləcək

4 İyul 2025, 08:12

ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini bəyan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ayova ştatında Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildlrib.

 

O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: "Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur".

 

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.

 

Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

 

Ağ Evin mətbuat katibi Karolayn Lyuittin sözlərinə görə, prezident "bu məsələdə ciddidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat