Modern.az

Türkiyə səfiri Naxçıvanda - FOTO

Türkiyə səfiri Naxçıvanda - FOTO

24 İyul 2025, 09:52

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Naxçıvana səfər edib.

Modern.az xəbər verir ki, səfir nümayəndə heyəti ilə birgə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib.

Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra Heydər Əliyev Muzeyində olan diplomat Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat