Modern.az

Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR

Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR

Aktual

5 Avqust 2025, 12:27

Daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib.

Onun sözlərinə görə, reabilitasiya və istirahət proqramından yararlanmaq üçün İrpen, Marqanets və Odessa bölgələrindən 30 uşaq Azərbaycana gəlib.

Diplomat xatırladıb ki, artıq 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda bu proqramıdan faydalanıb.

Səfir bu təşəbbüsə görə Azərbaycan rəhbərliyinə və xalqına öz minnətdarlığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?