Modern.az

İrəvanda Vaşinqton bəyannaməsi müzakirə olundu

İrəvanda Vaşinqton bəyannaməsi müzakirə olundu

Aktual

4 Sentyabr 2025, 00:52

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannamə və yaradılacaq iqtisadi imkanlar müzakirə edilib.

 

Söhbət zamanı regional kommunikasiya marşrutlarının blokdan çıxarılması məsələsinə də toxunulub. A.Qriqoryan mövcud iqtisadi potensialı təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?