Modern.az

Havadan su əldə ediləcək - Azərbaycanda yeni layihə hazırlanır

Havadan su əldə ediləcək - Azərbaycanda yeni layihə hazırlanır

Aktual

10 Sentyabr 2025, 12:52

2025-ci ilin sonuna kimi suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması planlaşdırılıb. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçiriləcək ərazilərin müəyyənləşdirilməsi, 2027-ci ildə havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrası nəzərdə tutulub.

Modern.az xəbər verir ki, eyni zamanda ölkədə yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb.

Belə ki, 2025-ci ilin sonuna kimi su təminatı zəif olan yaşayış məntəqələrinin müəyyən ediləcək, 2026-cı ildə müvafiq yaşayış məntəqələrinin məişət-təsərrüfat sahəsində yeraltı sularından istifadəyə dair layihələr hazırlanacaq, 2027-ci ildə su təminatında təmizlənmiş yeraltı sulardan istifadəyə dair 1 pilot layihə həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?