Modern.az

Tramp Rusiyanın iqtisadi təcrid olunmasını istəmir

Tramp Rusiyanın iqtisadi təcrid olunmasını istəmir

Aktual

10 Sentyabr 2025, 14:18

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllindən sonra geniş spektrli layihələrdə əməkdaşlığa hazır olan Rusiyanın iqtisadi təcrid olunmasında heç bir məna görmür.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Vens xarici KİV-ə bildirib.

"Prezident həm avropalılarla, həm də ruslarla açıq danışdı, əgər münaqişə davam etməsə, Rusiyanın iqtisadi təcrid olunmasında məqsəd görmür. O, insanların ölümünün dayandırılmasını istəyir. Və sülhə nail olduqdan sonra Birləşmiş Ştatlar üçün faydalı olan geniş iqtisadi razılaşmalara açıqdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?