Modern.az

Ter-Petrosyandan Paşinyana xəbərdarlıq: "Ermənistanın paşası,.."

Ter-Petrosyandan Paşinyana xəbərdarlıq: "Ermənistanın paşası,.."

Aktual

12 Sentyabr 2025, 17:51

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanı Eçmiədzində mitinq keçirmək istəyindən daşınmağa çağırıb.

Modern.az xəbər verir ki, Ter-Petrosyan Paşinyanı “Ermənistanın paşası” adlandırmaqla onun guya türklərə işləməyinə işarə vurub

“Ermənistan paşası Nikol bu yaxınlarda bir daha bəyan etdi ki, Eçmiədzində böyük mitinq keçirməklə hədəsindən geri çəkilməyəcək. Keçən dəfə ona yazdığım məktubdan sonra Vardavar bayramında Eçmiədzinin mərkəzi meydanında böyük mitinq keçirmək fikrindən səssizcə vaz keçdi.

Hörmətli cənab Baş nazir, çox gec olmadan Vaqarşapatda mitinq keçirmək qərarınızı ləğv edin və siyasi məhbusları, ilk növbədə, arxiyepiskoplar Baqrat və Mikael, həmçinin Samvel Karapetyanı dərhal azad edin. Əminəm ki, bu addım xalqımız və beynəlxalq ictimaiyyət tərəfindən zəifliyin təzahürü kimi deyil, dövlət xadiminə yaraşan sağlam düşüncənin təzahürü kimi qəbul olunacaqdır. Əks halda, cənab Baş nazir, mümkün toqquşmaların, qan tökülmələrinin yeganə günahkarı siz olacaqsınız”, - Ter-Petrosyan bildirib.

Eks-prezident vətəndaşları Baş nazirin planlaşdırdığı mitinqdə iştirak etməməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə