Modern.az

Rezidentura haqqında yeni Əsasnamə hazırlanır  

Rezidentura haqqında yeni Əsasnamə hazırlanır  

Aktual

15 Sentyabr 2025, 13:24

Nazirlər Kabinetinin təsdiq etdiyi rezidentura haqqında Əsasnamədə rezidentlərin maaşı həkim maaşına bərabər tutulub. Sadəcə buna əməl olunub-olunmamasını araşdırmaq lazımdır.

Modern.az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, artıq Rezidentura haqqında yeni Əsasnamə hazırlanır.

“Orada çox güman ki, dəyişikliklər olacaq. Bizdə indiyədək yan ixtisaslar rezidenturada yox idi. Səhiyyə Nazirliyində bu istiqamətlərdə artıq iş gedir. Yeni Əsasnamədə maaşlarla bağlı olan müddəa da öz əksini tapmalıdır. Həkimlərin maaşı artırılırsa, rezidentlərin də maaşı qalxmalıdır”, - deyə Ə.Əmiraslanov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi