Modern.az

NATO de-fakto Rusiya ilə müharibə aparır - Peskov

NATO de-fakto Rusiya ilə müharibə aparır - Peskov

Aktual

15 Sentyabr 2025, 14:20

“Şimali Atlantika Alyansı faktiki olaraq Rusiyaya qarşı müharibədə iştirak edir”.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibə aparmaması ilə bağlı sözlərini şərh edərkən deyib.

“NATO Rusiya ilə müharibədədir”, - deyə Kreml rəsmisi vurğulayıb:

“Bu, göz qabağındadır və bunun üçün heç bir əlavə sübuta ehtiyac yoxdur”, - Peskov bildirib.

Onun sözlərinə görə, Kiyevə birbaşa və dolayı dəstək verməklə “NATO faktiki olaraq bu müharibədə iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi