Modern.az

Mən hər bir tələbənin rektoruyam - Eldar Quliyev

Mən hər bir tələbənin rektoruyam - Eldar Quliyev

Aktual

15 Sentyabr 2025, 14:08

Bu gün Azərbaycan Kooperasiya Universitetində birinci kursa qəbul olan tələbələr və onların valideynləri ilə bir neçə növbədə görüşlər keçirilib.

Modern.az xəbər verir ki, 15 sentyabr - Bilik günündə Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev Azərbaycan Kooperasiya Universitetinə yeni qəbul olmuş tələbələrlə görüş keçirib.

Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyinin, professor-müəllim heyətinin, yeni qəbul olmuş tələbələr və onların valideynlərinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub. Tədbirdə çıxış edən rektor, professor Eldar Quliyev universitetin professor-müəllim heyətini, tələbələri və valideynləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Azərbaycan Kooperasiya Universitetində kifayət qədər təcrübəli professor-müəllim heyətinin çalışdığını qeyd edən rektor tələbə-müəllim münasibətlərindən danışıb. Natiq yaşadığımız elmi-texnoloji inqilablar dövründə müasir təhsil üsullarından istifadənin zəruriliyini vurğulayıb və Kooperasiya Universitetində də tədrisin müasir formada təşkil olunduğunu diqqətə çatdırıb.

“Mən hər bir tələbənin rektoruyam.” -deyən professor Eldar Quliyev tələbələrə hərtərəfli dəstək verəcəyini daim onların yanında olacağını bildirib.

Sonda universitetə yüksək balla daxil olan bir qrup tələbəyə tələbə biletləri və hədiyyələr təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi