Modern.az

Evdən içərisində 60 min manat pul olan seyf oğurlandı

Evdən içərisində 60 min manat pul olan seyf oğurlandı

Aktual

16 Sentyabr 2025, 09:50

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Moranlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul və qızıl-zinət əşyaları oğurlayan Araz Qarayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39500 manat və 12000 ABŞ dolları olan seyfi oğurlayıb.

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi