Modern.az

Bakıya və rayonlara yağış yağır - Faktiki hava

Bakıya və rayonlara yağış yağır - Faktiki hava

Aktual

16 Sentyabr 2025, 11:16

Azərbaycanın bəzi yerlərində, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 12, Lənkəranda 11, Lerikdə 7, Daşkəsəndə 4, Yardımlıda 3, Göygöl, Gədəbəydə 2, Xaltan, Şamaxı, Goranboy, Altıağac, Tovuz, Qax, Qəbələ, Şəki, Qobustan, İmişli, Biləsuvarda 1 mm-dək qeydə alınır.

Daşkəsən, Göygöl, Qax, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, dağlıq rayonlarda 12, Aran rayonlarında 22, Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi