Modern.az

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Aktual

17 Sentyabr 2025, 14:58

Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb.

Modern.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Belə ki, beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi