Modern.az

Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

Qazaxıstan Prezidenti Allahşükür Paşazadəni qəbul edib

Aktual

17 Sentyabr 2025, 15:36

Dünya və ənənəvi dinlərin liderlərinin VIII qurultayı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Modern.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi və xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi məsələlərində oxşar mövqelərinin olduğunu vurğulayıb.

Qazaxıstan dövlət başçısı dinlərarası anlaşmanın və qarşılıqlı fəaliyyətin təşviqinin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi