Modern.az

Rayonlara leysan yağıb

Rayonlara leysan yağıb

Aktual

17 Sentyabr 2025, 17:08

Azərbaycanın bəzi yerlərində sentyabrın 17-si saat 17:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qobustan, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Samux, Goranboy, Göyçay, Göygöl, Mingəçevir, Zərdab, Şəki (Kişçay), Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Hacıqabul, Quba, Qusar, Qrız, Şahdağ, Xınalıq, Xaltan, Ağsu, eyni zamanda Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır, şimşək çaxıb.

Qax (Sarıbaş), Şəki (Kişçay), Daşkəsən, Göygöl, Naftalan, Şamaxı, Qrız, Şahdağ, Lerik, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi