Modern.az

Evi yararsız hala düşən ailə üçün çadır quruldu

Evi yararsız hala düşən ailə üçün çadır quruldu

Aktual

18 Sentyabr 2025, 10:00

Fövqəladə Hallar Nazirliyinə Kürdəmir rayonunun Sığırlı kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

FHN-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi