Modern.az

Putin onu Rusiyanın baş prokuroru təyin edir

Putin onu Rusiyanın baş prokuroru təyin edir

Aktual

18 Sentyabr 2025, 12:20

Prezident Vladimir Putin Rusiyanın baş prokuroru vəzifəsinə Aleksandr Qutsanın namizədliyini irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə Federasiya Şurasının konstitusiya komitəsinin sədri Andrey Klişas bildirib.

Qutsan bu vəzifədə İqor Krasnovu əvəz edəcək.

Aleksandr Qutsanın 65 yaşı var. O, 2018-ci ilin noyabr ayından Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsini tutur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi