Modern.az

Yol polisindən sürücülərə xəbərdarlıq - Bu maşınlarla yola çıxmayın

Yol polisindən sürücülərə xəbərdarlıq - Bu maşınlarla yola çıxmayın

Aktual

19 Sentyabr 2025, 09:24

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Modern.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır.

"Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.

Təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır", - müraciətdə qeyd edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir. Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir",- deyə müraciətdə qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?