Modern.az

Narkotik satan şəxs həbs edildi

Narkotik satan şəxs həbs edildi

Aktual

19 Sentyabr 2025, 09:52

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, ondan marixuana aşkar olunub. Saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib. Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı daha 2 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?