Modern.az

Gömrükdə bəyan edilməyən malların ölkəyə gətirilməsinin qarşısı alındı

Gömrükdə bəyan edilməyən malların ölkəyə gətirilməsinin qarşısı alındı

Aktual

19 Sentyabr 2025, 10:30

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu, 1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədəd kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədəd stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?