Modern.az

Bakıda 17 min manatlıq mal-qara oğurlandı

Bakıda 17 min manatlıq mal-qara oğurlandı

Aktual

19 Sentyabr 2025, 11:50

Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb.

Bu baradə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərində mal-qara oğurlayıblar.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.

İdarənin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H.İsazadə də tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?