Modern.az

Heç bir günahı olmayan uşaqlar... - FOTO

Heç bir günahı olmayan uşaqlar... - FOTO

Aktual

19 Sentyabr 2025, 14:56

Bu gün səhər saatlarında Lənkəran-Lerik yolunun Şovu kəndindən keçən hissəsində avtomobilin dərsə gedən məktəbli bacı-qardaşı vurub öldürməsi cəmiyyətdə məyusluq yaradıb.

Modern.az xəbər verir ki, nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qəza barədə fikirlərini paylaşıb. 

O, baş vermiş hadisədə günahın uşaqlarda yox, böyüklərdə olduğunu deyib: “Təəssüf ki, belə acı xəbərlər gəlməkdədir. Nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək... 8 və 9 yaşlı bacı-qardaş “Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib. Çox ağır faciədir. Onların valideynlərinə və yaxınlarına təsəlli verəcək söz tapmaq çox çətindir.

Hadisəyə hüquqi qiymət vermək fikrində deyiləm, bunun üçün təfərrüatı da bilmirəm. Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, yol hərəkətini təhlükəsiz təşkil edə bilməyən, təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə...”

Baş Dövlət Yol Polisi İdarəsidə yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib:

"Bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır.

Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda, xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır.

Valideynlərdən xahiş olunur ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar”.

1462810

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?