Modern.az

Formula 2-də sprint yarışının qalibləri məlum oldu - YENİLƏNİB

Formula 2-də sprint yarışının qalibləri məlum oldu - YENİLƏNİB

Aktual

20 Sentyabr 2025, 15:15

Bakıda keçirlən Formula 1 Azərbaycan Qran-Prisinin Formula 2 üzrə sprint yarışı başa çatıb.

Modern.az xəbər verir ki, “Hitech TGR” komandasının isveçli pilotu Dino Beqanoviç sprint yarışında qalib olub.

“Hitech TGR”nin britaniyalı üzvü Luk Brouninq ikinci, “Rodin Motorsport” komandasından irlandiyalı Aleks Dann üçüncü yeri tutub.

Bu gün saat 16:00-da isə Formula 1 üzrə sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

***
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı zamanı qəza baş verib.

Modern.az xəbər verir ki, qəza zamanı bir neçə bolid toqquşub və yarış qısa müddətə dayandırılıb.

Zədələnmiş bolidlərin trekdən kənarlaşdırılmasından sonra yarış davam etdirlir. 

***
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı start götürüb.

Modern.az xəbər verir ki, yarışda 11 komanda mübarizə aparır.

Bu gün, həmçinin saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?