Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı söyləyib.
“Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti bildirib ki, Ruanda həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur.
“Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq”, - dövlətimizin başçısı qeyd edib.
Ruanda Prezidenti Pol Kaqame isə bildirib ki, onun ölkəsi ilə Azərbaycan arasında bir çox oxşarlıqlar var.
"Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik".
“Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik”, - deyə o əlavə edib.