Sentyabrın 20-də və 21-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25,5 kiloqrama yaxın narkotik vasitə və 131 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.