Modern.az

Adnan Əhmədzadənin vəkili məlum oldu - FOTO

Adnan Əhmədzadənin vəkili məlum oldu - FOTO

Aktual

22 Sentyabr 2025, 13:56

Ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub.

Modern.az xəbər verir ki, Gununsesi.info DTX tərəfindən saxlanılan iş admaının hüquqlarını Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin qoruduğunu öyrənib. . 

Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.

Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.

“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?