Bu gün MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə quruma üzv olan Azərbaycan və Türkiyənin iş adamları səhər yeməyində bir araya gəliblər.
Modern.az-ın məlumatına görə, "Helim" restoranında baş tutan görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner və iş adamları iştirak ediblər.
Səmimi şəraitdə baş tutan görüşdə iş adamları daha yaxından tanış olma fürsəti əldə ediblər.
Görüşdə iş adamları arasında gələcək perspektivlər müzakirə edilib.