Modern.az

Azərbaycanla Belarusun Baş Qərargah rəisləri görüşdü

Azərbaycanla Belarusun Baş Qərargah rəisləri görüşdü

Aktual

22 Sentyabr 2025, 15:08

Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?