Modern.az

"Azercell" istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!

"Azercell" istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!

Aktual

22 Sentyabr 2025, 15:40

"Azercell" müştərilərinə gündəlik sifarişlərdə rahatlıq və daha əlverişli xidmət imkanları təqdim edən yeni kampaniyaya start verir.

Modern.az xəbər verir ki, kampaniya çərçivəsində abunəçilər 3 ay müddətində ödənişsiz “Wolt+” abunəliyindən faydalana biləcəklər.

“Wolt+” abunəliyi istifadəçilərə restoran və mağazalardan pulsuz çatdırılma, “take away” sifarişlərinə 10% endirim və eksklüziv təkliflərdən yararlanmaq imkanı verir, gündəlik sifarişləri daha səmərəli və rahat edir.

Kampaniyadan faydalanmaq üçün "Azercell" tətbiqində yerləşən “Wolt+” bannerinə klik edərək promo kodu aktivləşdirmək kifayətdir. 

Ətraflı məlumat üçün: Wolt+ kampaniyası | Azercell

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?