Modern.az

Serbiya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət etdi

Serbiya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət etdi

Aktual

24 Sentyabr 2025, 12:10

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Modern.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində