Modern.az

Şəhid “Xanı” dəfn edildi - FOTOLAR

Şəhid “Xanı” dəfn edildi - FOTOLAR

Aktual

24 Sentyabr 2025, 13:14

Dünən Ağdam rayonunda mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədov (“Gizir Xanı”) dəfn olunub.

Modern.az xəbər verir ki, “Gizir Xanı” Ağdamın Üçoğlan kəndi ərazisində qəbiristanlıqda torpağa tapşırılıb.

***

12:14

Xəbər verdiyimiz kimi, ötən gün kəşfiyyatçı "Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Modern.az-ın məlumatına görə, Ağdam rayonunda mərhum kəşfiyyatçı ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, mina hadisəsi Ağdam rayonunun Mirəşelli kəndində baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




Fotolar "Qafqazinfo"nundur:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində