Modern.az

Azyaşlının bağırsağından maqnit və batareya çıxarıldı

Azyaşlının bağırsağından maqnit və batareya çıxarıldı

Aktual

25 Sentyabr 2025, 09:48

Kliniki Tibbi Mərkəzdə (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb.

KTM-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cism udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.

Uşaq qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən uşaq ambulator müalicə üçün evə buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır