Modern.az

Sumqayıtda 2300 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 2300 abonentin qazı KƏSİLƏCƏK

Aktual

25 Sentyabr 2025, 10:26

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin "Stansiya Sumqayıt" ərazisində 152 və 153 saylı balansda yerləşən D=159 mm-lik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar sentyabrın 25-də saat 11:00-dan etibarən 2300 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV