Modern.az

Azərbaycana qanunsuz "İphone 17" keçirmək istədi - TUTULDU

Azərbaycana qanunsuz "İphone 17" keçirmək istədi - TUTULDU

Aktual

25 Sentyabr 2025, 10:50

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "İphone17", 4 ədəd "İphone16", 15 ədəd "apple" markalı qələm, 8 ədəd "apple" markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

“Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər” - deyə məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır