Modern.az

Bakı-Ağstafa qatarına əlavə reysləri təyin olundu

Bakı-Ağstafa qatarına əlavə reysləri təyin olundu

Aktual

25 Sentyabr 2025, 11:10

Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.

"Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV