Modern.az

Erkən nikaha daxil olan qızların əksəriyyətinin ailə həyatı uğursuz olur

Erkən nikaha daxil olan qızların əksəriyyətinin ailə həyatı uğursuz olur

Aktual

25 Sentyabr 2025, 11:36

Erkən nikaha daxil olan qızların əksəriyyətinin uğursuz ailə həyatı olur. 

Modern.az xəbər verir ki, bunu “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda təlim proqramında çıxışı zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə  Dövlət Komitəsinin Sədr müavini Sədaqət Qəhrəmanova deyib. 

O bildirib ki, bu kimi uğursuz halların qarşısını almaq üçün qızların təhsilə cəlb olunması istiqamətində maarifləndirilmə işləri aparılmalıdır. 

Sədr müavini, həmçinin vurğulayıb ki, komitə tərəfindən bu istiqamətdə “Qız uşaqların təhsilinə dəstək” layihəsi həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir