Erkən nikaha daxil olan qızların əksəriyyətinin uğursuz ailə həyatı olur.
Modern.az xəbər verir ki, bunu “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda təlim proqramında çıxışı zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Sədr müavini Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, bu kimi uğursuz halların qarşısını almaq üçün qızların təhsilə cəlb olunması istiqamətində maarifləndirilmə işləri aparılmalıdır.
Sədr müavini, həmçinin vurğulayıb ki, komitə tərəfindən bu istiqamətdə “Qız uşaqların təhsilinə dəstək” layihəsi həyata keçirilir.