Modern.az

Eldar Əzizov şəhid ailələri ilə görüşdü

Eldar Əzizov şəhid ailələri ilə görüşdü

Aktual

25 Sentyabr 2025, 13:00

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.

Bu barədə Modern.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 5 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə son 200 il ərzində ilk dəfə olaraq müsəlman dövləti düşmən üzərində qələbə qazanaraq öz torpaqlarını geri qaytardı. Bu tarixi nailiyyət məhz ölkə başçısı İlham Əliyevin şəxsiyyət faktoru sayəsində mümkün oldu.

Bildirilib ki, bu gün ölkəmizdə səhid ailələri və qazilərimiz daima dövlət qayğısı ilə əhatə olunub. Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənilib, onların müraciət və təklifləri nəzarətə götürülüb.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir