Modern.az

Türkiyə Milli Müdafiə Nazirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Türkiyə Milli Müdafiə Nazirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Aktual

25 Sentyabr 2025, 15:40

Türkiyənin Milli Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olmuş Azərbaycan igidlərinin xatirəsini ehtiramla yad edib.

Modern.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi sentyabrın 25-də Ankarada mətbuata açıqlamasında 44 günlük Vətən müharibəsinin başlanmasının qarşıdakı ildönümünə diqqət çəkib.

“Qəhrəman Azərbaycan Ordusunun respublikanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsinin başlanmasının beşinci ildönümü və 27 Sentyabr - Anım Günü münasibətilə şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə töhfə verən qazilərə minnətdarlığımızı bildiririk”, -deyə qardaş ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır.

Sizə yeni x var
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir