Modern.az

Ankarada “Üç dövlət, bir millət” adlı parlamentlərarası iclas keçiriləcək

Ankarada “Üç dövlət, bir millət” adlı parlamentlərarası iclas keçiriləcək

Aktual

25 Sentyabr 2025, 16:10

Sentyabrın 26-27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası keçiriləcək.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının TBMM-də bir sıra görüşləri də nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir