Modern.az

Tramp Putini danışıqlara məcbur edəcək - O, Zelenskiyə söz verib

Tramp Putini danışıqlara məcbur edəcək - O, Zelenskiyə söz verib

Aktual

25 Sentyabr 2025, 17:10

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı təkbətək görüşü zamanı “Putini danışıqlar masasına oturmağa məcbur edəcək” məsələsinə “baxmağa” söz verib.

Modern.az xəbər verir ki, Ukrayna lideri bu barədə “Axios” nəşrinə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Tramp ona deyib: “Biz bu istiqamətdə işləyəcəyik”.

Ukrayna prezidenti Kremlə zərbə endirməklə hədələyib.

“Rusiya müharibəni dayandırmasa, Kremldə çalışan məmurlar ən yaxın bomba sığınacağının harada olduğunu bilməlidirlər”, - deyib.

Zelenski əlavə edib ki, Tramp Ukraynanın Rusiyanın enerji və hərbi obyektlərinə cavab zərbələri endirməsini dəstəkləyir.

“Əgər onlar bizim enerji sektorumuza hücum etsələr, prezident Tramp Rusiya enerjisinə oxşar cavab vermək qabiliyyətimizi dəstəkləyir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir