Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bu il də ağacəkmə aksiyası keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları rayonun Samux-Gəncə yolunun ətrafına 300 ədədə yaxın şam ağacları əkiblər.