Modern.az

Qatarda üz tanıma ilə ödəniş edə biləcəyik

Qatarda üz tanıma ilə ödəniş edə biləcəyik

Aktual

26 Sentyabr 2025, 13:46

Abşeron dairəvi dəmiryolu marşrutu üzrə yerləşən stansiyalardakı turniketlərdən SİMA-Pay üz tanıma vasitəsilə ödəniş edərək keçid prosesi sınaq mərhələsindədir. 

Modern.az xəbər verir ki, bu barədə ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib. 

O qeyd edib ki, proses yekunlaşdıqdan sonra vətəndaşlar tuniketlərdən SİMA-Pay üz tanıma vasitə ilə ödənişlərini edib keçə biləcəklər:

"Məqsəd pik saatlarda 1-2 saniyə ərzində vətəndaşların turniketlərdən keçidini təmin etməkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır