Modern.az

“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

Aktual

27 Sentyabr 2025, 09:26

“Meta” şirkəti Böyük Britaniyada “Facebook” və “Instagram” istifadəçilərinə reklamsız abunə xidməti təklif edəcək. Yeni xidmətin yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, abunə haqqı veb versiya üçün aylıq 2,99 funt sterlinq, mobil tətbiqlər vasitəsilə qoşulma halında isə 3,99 funt sterlinq təşkil edəcək.

İstifadəçilər iki variant arasında seçim edə biləcəklər: ya tətbiqlərdən əvvəlki kimi pulsuz istifadə etməklə reklamları izləməyə davam etmək, ya da ödənişli abunəlik vasitəsilə reklamlardan azad olmaq. “Meta” şirkəti bildirib ki, ödənişli abunə xidmətindən istifadə edənlərin şəxsi məlumatları reklam məqsədləri üçün istifadə olunmayacaq.

Yeni sistem bütün 18 yaşdan yuxarı istifadəçiləri əhatə edəcək və şirkət hər bir istifadəçiyə bu seçimlə bağlı ayrıca bildiriş göndərəcəyini açıqlayıb.

Bu addım “Meta”nın son illərdə onlayn məxfilik və şəxsi məlumatların istifadəsi ilə bağlı yaşadığı hüquqi çəkişmələr fonunda atılıb. Reklamsız abunəlik, şirkətin istifadəçi məxfiliyinə dair yeni yanaşmasının bir hissəsi kimi qiymətləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur