Modern.az

Azad olunan torpaqlarda şəhidlərimizin ruhuna ehtiram - FOTO

Azad olunan torpaqlarda şəhidlərimizin ruhuna ehtiram - FOTO

Aktual

27 Sentyabr 2025, 12:05

27 Sentyabr – Anım Günü münasibətilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə ə, Saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında bir dəqiqəlik sükut elan edilib.Anım dəqiqəsi zamanı şəhər və rayonların mərkəzi küçələrində avtomobillərin və piyadaların hərəkəti dayandırılıb, nəqliyyat vasitələri siqnallar verib.

Qeyd edək ki, bu ənənə şəhidlərimizin əziz xatirəsinə ehtiramın və xalqımızın birliyinin rəmzi kimi qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur